Kim Çen In Sentosa adasını tərk etdi

Kim Çen In Sentosa adasını tərk etdi
  12 İyun 2018    Oxunub:1115
Şimali Koreya lideri Kim Çen In Sinqapurda sammitin keçirildiyi Sentosa adasını tərk edib.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ABŞ-Şimali Koreya tarixi sammiti yekun sənədin imzalanmasilə başa çatıb.

Xatırladaq ki, 1950-1953-cü illərin Koreya müharibəsindən sonra ABŞ-la imali Koreya arasında indiyədək sülh müqaviləsi imzalanmayıb və bu iki dövlət formal olaraq müharibə vəziyyətindədirlər. Pxenyanın sülh imzalanmasilə bağlı cəhdləri Vaşinqton tərəfindən bir neçə dəfə rədd edilib. Elə bu dəfəki Sinqapur sammitində nüvəsizləşmə əvəzində Şimali Koreyanın əsas tələblərindən biri də iki ölkə arasında sülh müqaviləsinin imzalanması və Pxenyana qarşı sanksiyaların aradan götürülməsi idi. Lakin Sinqapur sammitinin yekun sənədində bu barədə bəndin olub-olmamasilə bağlı heç bir məlumat yoxdur. Sənədin detalları açıqlanmır.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   ŞimaliKoreya  





Xəbər lenti