PJB üzvləri Türkiyədə görüşlər keçirib

PJB üzvləri Türkiyədə görüşlər keçirib
  12 İyun 2018    Oxunub:1467
Türkiyədə səfərdə olan Parlament Jurnalistlər Birliyinin (PJB) üzvləri bir sıra görüşlər keçirib.
AzVision.az xəbər verir ki, azərbaycanlı jurnalistlər Alanyanın icra nümayəndəsi Mustafa Harputlu, Alanya Ticarət və Sənaye odasının məclis başqanı Mətin Atalayla və Alanya Jurnalistlər Cəmiyyətinin sədri Mehmət Ali Dimlə görüşüblər.

Hər bir görüş zamanı Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı Azərbaycan Cümhuriyyətinin 100-cü ildönümlə əlaqədar görülən işlərlə bağlı həmin şəxslərə məlumat verib. E.Eyvazlı qeyd edib ki, Cümhuriyyətin 100 illiyi həm ölkə daxilində, həm də xarici ölkələrdə yüksək səviyyədə keçirilir.

Alanya Jurnalistlər Cəmiyyətinin sədri Mehmət Ali Dimlə çıxışı zamanı Azərbaycanın dost və qardaş ölkə olduğunu bildirib.



AzVision.az


Teqlər: PJB   Alanya   Türkiyə  





Xəbər lenti