Rusiya ABŞ-ın Ukrayna planı ilə razılaşmadı
AzVision.az xəbər verir ki, bunu Rusiyanın XİN rəhbəri Sergey Lavrov “Normand dördlüyü” formatında xarici işlər nazirləri görüşünün yekununu şərh edərkən deyib.
Qeyd edək ki, ötən gün “Normand dördlüyü” formatında Rusiya, Ukrayna, Almaniya və Fransa xarici işlər nazirlərinin 2017-ci ilin fevralından sonra ilk görüşü keçirilib. Lavrov görüş çərçivəsində ukraynalı həmkarı Pavlo Klimkin ilə danışıqlar aparıb. Xarici işlər nazirlərinin görüşündə humanitar problemlər, əsir düşənlərin dəyişdirilməsi və Ukraynanın şərqindəki münaqişəli ərazilərdə BMT sülhməramlılarının yerləşdirilməsi müzakirə olunub. Almaniya xarici işlər naziri Hayko Maas bildirib ki, Ukrayna münaqişəsinin bütün tərəfləri sülhməramlılarının yerləşdirilməsilə razıdır, lakin BMT missiyasının formatına yanaşmalar fərqlidir.
Xatırladaq ki, 2017-ci ilin sentyabrında Rusiya prezidenti Vladimir Putin ATƏT nümayəndələrinin təhlükəsizliyi üçün Donbassdakı təmas xəttində BMT sülhməramlılarının yerləşdirilməsini təklif edib. Rəsmi Kiyev isə təkid edir ki, sülhməramlılar Donbassın bütün ərazisi üzrə, o cümlədən Ukraynanın Rusiya ilə sərhəddində yerləşdirilməlidir.
Leyla Elbrusqızı
AzVision.az