ABŞ Şimali Koreyaya təhlükəsizlik zəmanəti verdi

ABŞ Şimali Koreyaya təhlükəsizlik zəmanəti verdi
  12 İyun 2018    Oxunub:1069
Şimali Koreya rəhbərliyi nüvəsizləşməyə sadiq olduğu müddətdə ABŞ onun təhlükəsizliyinə zəmanət verəcək.

AzVision.az xəbər verir ki, Sinqapur sammitinin yekun sənədində iki dövlət arasında bu barədə razılıq əldə olunduğu qeyd edilib.
“Prezident Tramp Şimali Koreyaya təhlükəsizlik zəmanəti vermək barədə öhdəlik götürdü, Kim Çen In isə Koreya yarımadasının tam nüvəsizləşməsi məsələsinə möhkəm və sarsılmaz sadiqliyini təsdiq edib” – deyə yekun sənəddə bildirilib.

Qeyd edək ki, Sinqapurda keçirilən ABŞ-Şimali Koreya tarixi sammiti yekun sənədin imzalanmasilə başa çatıb. Sənədin bütün detalları hələ ki, açıqlanmır. Trampla Kim Çen In sammit çərçivəsində bəyan ediblər ki, bundan sonra ABŞ-la Şimali Koreya arasındakı münasibətlər əvvəlkindən daha fərqli olacaq və sammitin nəticələri tezliklə müsbət nəticələrini verəcək.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   Koreya  





Xəbər lenti