225 azərbaycanlı xaricdə təhsil hüququ qazanıb

225 azərbaycanlı xaricdə təhsil hüququ qazanıb
  12 İyun 2018    Oxunub:1839
2017-2018-ci tədris ilində hökumətlərarası müqavilələr çərçivəsində 22 nəfər Çin Xalq Respublikasında, 198 nəfər Macarıstanda, 5 nəfər isə Rumıniyada dövlət xətti ilə təhsil almaq hüququ qazanıb.
AzVision.az-ın məlumatına görə, Təhsil Nazirliyinin 2017-2018-ci tədris ili üzrə hesabatında bildirilir ki, 2018-ci ilin əvvəllərində hökumətlərarası müqavilələr çərçivəsində 2018-2019-cu tədris ili üçün Macarıstanda, Rumıniyada, Latviyada və Çində təhsil məqsədi ilə Təhsil Nazirliyi tərəfindən seçimlər aparılıb, 250-ə yaxın Azərbaycan Respublikası vətəndaşının namizədliyi təsdiq olunmaq üçün müvafiq ölkələrin aidiyyəti qurumlarına təqdim edilib.

Bundan başqa Cari ilin mayında ABŞ-da təşkil olunan Beynəlxalq Elm və Mühəndislik Sərgisində “Sabahın alimləri” musabiqəsinin qalibləri olan şagirdlərimiz tərəfindən hazırlanan 2 ixtiraçılıq işi 1000 və 5000 ABŞ dolları məbləğində xüsusi mükafatlara layiq görülüb.

Dünyanın ən böyük şagird ixtiraçılıq sərgisində hər il 75 ölkədən 1800-dən çox məktəbli iştirak edir və qalib işlərin 30 faizi patent alır.

AzVision.az


Teqlər: Təhsil-Nazirliyi  





Xəbər lenti