BPİ mitinqlə bağlı məlumat yaydı

BPİ mitinqlə bağlı məlumat yaydı
  12 Oktyabr 2013    Oxunub:1197
Bakı şəhər Baş Polis İdarəsi Milli Şuranın razılaşdırılmış mitinqi ilə bağlı məlumat yayıb.
Oktyabrın 12-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

Azvsison.az xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsindən bildiriblər ki, saat 16:20-dən 17.20-dək davam edən toplantıda həmin quruma daxil olan AXCP, Müsavat, KXCP, El Hərəkatı, eləcə də bir sıra digər müxalifətyönümlü partiyaların, qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 1500 (min beş yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib.


Teqlər:  





Xəbər lenti