ABŞ Suriyaya sarsıdıcı zərbə vuracaq

ABŞ Suriyaya sarsıdıcı zərbə vuracaq
  12 İyun 2018    Oxunub:1314
Atom silahının olduğu “Harri Trumen” aviadaşıyıcısilə birgə ABŞ hərbi dəniz qüvvələrinin zərbə qrupunun Aralıq dənizinin şərqinə daxil olması Suriyaya ediləcək növbəti hücumdan xəbər verir.

AzVision.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının müdafiə komitəsinin sədri Vladimir Şamanov məlumat verib.
Onun sözlərinə görə, Aralıq dənizindəki Amerika hərbi qüvvələrinin hərəkəti onu deməyə əsas verir ki, Vaşinqton Suriyaya hava zərbələri endirməyə hazırlaşır. Bu mənada, Suriyada çox da böyük olmayan hərbi birləşmələr yerləşdirməsinə baxmayaraq, Rusiya arxayın dayanmamalıdır.

ABŞ hərbi dəniz qüvvələrinin aviadaşıyıcı zərbə qrupu Aralıq dənizinin şərqinə iyunun 10-da daxil olub. Pentaqon bəyan edib ki, Amerika hərbi gəmiləri İŞİD terrorçularına qarşı əməliyyatlarda iştirak edəcəklər.

Lakin ötən gün Rusiya Müdafiə Nazirliyi bildirib ki, Suriyada silahlı müxalifətinin Azad Suriya Ordusu ABŞ-ın iştirakı ilə Deyr əz-Zorda zəhərləyici maddələrdən istifadə etməklə ciddi təxribata hazırlaşır. Bununla da, guya kimyəvi silah tətbiqinə dair süni şəkildə hazırlanacaq video-rolik ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələrinin Suriya dövlət obyektlərinə hava zərbələri endirməsi və silahlı müxalifətin hücumu üçün bəhanə kimi istifadə olunacaq.

Rusiya Müdafiə Nazirliyi onu da bəyan edib ki, dinc əhaliyə qarşı Əsəd rejiminin kimyəvi hücumunu imitasiya etmək üçün Azad Suriya Ordusu Həkl əl-Cəfra yaşayış məntəqəsinə xlor balonları da gətirib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   Rusiya   Suriya   kimyəvisilah  





Xəbər lenti