İran Suriya və Yəməndəki qüvvələrini çıxarır

İran Suriya və Yəməndəki qüvvələrini çıxarır
  13 İyun 2018    Oxunub:1335
ABŞ İranla nüvə sazişindən çıxdıqdan sonra Tehran Suriya və Yəməndən silahlı qüvvələrini çıxarmağa başlayıb.

AzVision.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp "Fox News" telekanalına müsahibəsində deyib.
“Düşünmürəm ki, indi onlar (İran – red.) Aralıq dənizi tərəfə, Suriya və Yəmənə əvvəlkitək baxırlar. Onlar Suriya və Yəməndən adamlarını çıxarmağa başlayırlar”, – deyə Tramp bildirib. ABŞ prezidenti, həmçinin vurğulayıb ki, artıq İran bir neçə ay öncə olduğu kimi cəsarətli deyil.

Qeyd edək ki, mayın 8-də ABŞ-ın birtərəfli qaydada İranla nüvə sazişindən çıxması və sanksiyaları bərpa etməsindən sonra Vaşinqtonla Tehranın münasibətləri daha da gərginləşib. Lakin sazişin digər iştirakçıları, o cümlədən Avropa üçlüyü – Fransa, Almaniya və Böyük Britaniya sanksiyalara rəğmən nüvə anlaşmasında qalmaqla böyük zərərlə üzləşməyəcəyinə dair Tehrana iqtisadi-siyasi zəmanət veriblər. Onlar, İranı əmin ediblər ki, hazırkı nüvə sazişinin qorunub saxlanmasının tərəfdarıdırlar.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   İran   Suriya   Yəmən  





Xəbər lenti