Həmsədrlər erməni nazirlə Qarabağ danışıqlarında

Həmsədrlər erməni nazirlə Qarabağ danışıqlarında
  13 İyun 2018    Oxunub:1554
ATƏT-in Minsk qrupunun həmsədrləri bu gün Ermənistanın xarici işlər naziri Zohrab Mnaçakanyanla İrəvanda görüşərək, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə ediblər. Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.

AzVision.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat xidməti məlumat yayıb.
Mnaçakanyan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində ATƏT-in Minsk qrupunun işini yüksək qiymətləndirib. Bildirib ki, Ermənistan münaqişənin Minsk qrupu çərçivəsində və yalnız sülh yolu ilə həllinin tərəfdarıdır. Görüşdə həmçinin, münaqişənin nizamlanması istiqamətində danışıqlar prosesinin təşviq edilməsinin mümkünlüyü də müzakirə olunub.

Lakin İrəvanın ənənəvi destruktiv mövqeyinə sadiq qalan Ermənistan xarici işlər naziri bu dəfə də sülh prosesi və atəşkəsin pozulmasında Azərbaycanı ittiham edib. Bununla da bir daha sübut edib ki, Ermənistan münaqişənin həlli və substantiv danışıqların bərpasına yox, diqqəti hər zaman olduğu kimi atəşkəs rejiminin uzadılmasına yönəldərək, Dağlıq Qarabağ münaqişəsi ətrafındakı mövcud status-kvonun qorunub saxlanmasında maraqlıdır.

Qeyd edək ki, bu, Ermənistan xarici işlər naziri kimi Mnaçakanyanın həmsədrlərlə ilk görüşüdür.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: DağlıqQarabağ   Azərbaycan   Ermənistan  





Xəbər lenti