Xüsusi təyinatlılar İrəvan meriyasına basqın edib

Xüsusi təyinatlılar İrəvan meriyasına basqın edib
  13 İyun 2018    Oxunub:2741
Ermənistan təhlükəsizlik xidmətinin əməkdaşları "İrəvan" fondunun fəaliyyəti ilə bağlı İrəvan meriyasında xüsusi əməliyyat keçirir.

AzVision.az Ordu.az-a istinadən xəbər verir ki, hazırda xüsusi təyinatların İrəvan meriyasında olduğu və "İrəvan" fondunun bütün sənədlərini müsadirə etdikləri barədə məlumatlar yayılıb.
Ermənistanın təhsil və elm naziri Araik Harutyunyan isə "Facebook" səhifəsində qeyd edib ki, "İrəvan" fondunun ləğv edilməsi məsələsi ağsaqallar şurasının qarşıdakı iclasının gündəliyinə daxil edilib.

Arayik Harutyunyan və erməni parlamentinin deputatı Lena Nazaryan korrupsiya faktları ola biləcəyi ehtimalı ilə fondu məhkəməyə verib.

Məlumata görə, "İrəvan" fondu 2007-ci ildə qeydiyyata alınıb. Fondun xeyriyyəçilər şurasının sədri, İrəvan şəhər meri Taron Marqaryan, şuranın üzvlərinin tərkibində şəhər merinin müavinləri, müşaviri, administrasiya katibi, meriyanın müxtəlif idarə rəisləri, eləcə də məclis üzvü var.

AzVision.az


Teqlər: İrəvan  





Xəbər lenti