Tramp Suriya ilə bağlı etiraf etdi

Tramp Suriya ilə bağlı etiraf etdi
  13 İyun 2018    Oxunub:1044
2018-ci ilin aprelində ABŞ-ın Suriyaya endirdiyi hava zərbələri Çinə xəbərdarlıq idi.

AzVision.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp "Fox News "telekanalına müsahibəsində deyib.
Həmin vaxt Suriyaya qarşı hava hücumu Trampın Çin lideri Si Tsinpinlə Floridadakı görüşü zamanı gerçəkləşdirilmişdi. Tramp qeyd edib ki, görüşdə Çin rəhbərinə bu barədə məlumat verib.

“Ona (Si Tsinpinə - red.) dedim ki, istəyirsə, görüşdən durub gedə bilər, yaxud da biz dost ola bilərik. Amma o getmədi, çünki hər şeyi başa düşdü” – deyə Tramp bildirib.

"Fox News" xəbər verir ki, Suriyaya zərbələrlə ABŞ prezidenti dünyada kütləvi qırğın silahı tətbiqinə necə reaksiya verəcəyini göstərib. Və bu, həm də iri dövlətlərə bir növ xəbərdarlıq olub.

Qeyd edək ki, 14 apreldə ABŞ, Fransa və Böyük Britaniya Bəşər Əsədin kimyəvi silahdan istifadə edərək dinc insanları öldürdüyü iddiası ilə Suriya hökumət qüvvələrinə hava zərbələri endiriblər. Rəsmi Dəməşq isə ittihamları rədd edib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   Çin   Suriya  





Xəbər lenti