Almaniyada miqrantlara qarşı xüsusi əməliyyat

Almaniyada miqrantlara qarşı xüsusi əməliyyat
  13 İyun 2018    Oxunub:1136
Almaniyada ölkəyə qanunsuz miqrant keçirənlərə qarşı xüsusi əməliyyat keçirilir. Əməliyyata yüzlərlə alman polisi cəlb olunub.

AzVision.az xəbər verir ki, bu barədə Almaniya federal polisinin nümayəndəsi “dpa”ya məlumat verib.
Polisin məlumatına əsasən, xüsusi əməliyyat mütəşəkkil cinayətkar şəbəkə üzrə iş çərçivəsində aparılır. Söhbət xüsusən də, Hindistan və Pakistandan gələn qanunsuz miqrantlara yaşayış icazəsi verən və onların Almaniyaya keçidini təmin edən şəbəkə ilə mübarizədən gedir.

İrimiqyaslı xüsusi əməliyyat bir neçə şəhərdə - Saksoniya və Saksoniya-Anxalt əyalətlərinin Leypsiq, Aylenburq, Xetştedt və digər şəhərlərində aparılır. Əməliyyatın digər federal ərazilərdə də davam etdiriləcəyi bildirilir.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Almaniya   miqrant   əməliyyat  





Xəbər lenti