Paşinyan həmsədrlərlə Qarabağı müzakirə etdi

Paşinyan həmsədrlərlə Qarabağı müzakirə etdi
  13 İyun 2018    Oxunub:1599
Ermənistanda səfərdə olan ATƏT-in Minsk qrupunun həmsədrləri Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popov (Rusiya) baş nazir Nikol Paşinyanla görüşüblər.
AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib. Baş nazir Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə danışıqlar prosesində həmsədrlərin rolunu vacib olduğunu qeyd edib və səmərəli əməkdaşlığın formalaşacağına əmin olduğunu bildirib.

Öz növbəsində həmsədrlər baş nazir seçilməsi münasibətilə N. Paşinyanı təbrik edib və qeyd ediblər ki, münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün səylərini əsirgəməyəcəklər.

Tərəflər prezidentlərin Vyana, Sankt-Peterburq və Cenevrə görüşlərində əldə edilmiş razılaşmalara əməl etməyin əhəmiyyətini vurğulayıblar. ATƏT-in Minsk Qrupunun həmsədrləri öz gələcək iş proqramları haqqında baş nazirə məlumat veriblər.

Paşinyan həmçinin ATƏT-in Minsk Qrupunun həmsədrlər ilə birlikdə münaqişənin danışıqlar yolu ilə həlli üçün səyləri davam etdirməyə hazır olduğunu təsdiqləyib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: ATƏT   Ermənistan  





Xəbər lenti