Ermənistanda terror təşkilatının lideri və üzvləri azadlığa buraxıldı

Ermənistanda terror təşkilatının lideri və üzvləri azadlığa buraxıldı
  13 İyun 2018    Oxunub:1705
Ermənistanda "Sasna Tsrer" terror təşkilatının "xaç atası", mənəvi lideri Jirayr Səfilyan həbsdən azad edilib.
Bu gün keçirilən məhkəmə prosesinin nəticəsində daha öncəki hökm dəyişdirilib və Səfilyanla yanaşı, təşkilatın digər üzvləri - Gevorq Safaryan, Nerses Poğosyan, Qalust Qrigoryan, Hrayr Topçyan, Sasunik Kirakosyan, Hovhannes Petrosyan da azadlığa buraxılıblar.

Xatırladaq ki, Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" ölkələri üzrə Departamentinin rəhbəri Dirk Şubel və qurumun nümayəndəliyinin başçısı Pyotr Svitalsk İrəvanda Ədliyyə Nazirliyinin nümayəndələri ilə görüş zamanı Ermənistana siyasi məhbusların siyahısını təqdim etmişdi. Siyahıda "Sasna Tsrer” qruplaşmasının yalnız bir üzvünün adı olub. Digərləri isə terrorçu qruplaşma üzvü sayıldığı üçün siyahıya salınmayıblar.

Qeyd edək ki, “Sasna tsrer" qruplaşması 2016-cı il iyulun 17-də İrəvanda Post-Patrul Xidmətinin binasına silahlı hücum edərək 6 nəfəri girov götürüb. Girovlar arasında polis rəisinin müavini, general-mayor Vartan Eğiazaryan da olub.



Teqlər: Ermənistan  





Xəbər lenti