“Əliyevin Armen Sarkisyanla görüşü olmayacaq” - Peskov

“Əliyevin Armen Sarkisyanla görüşü olmayacaq” - Peskov
  13 İyun 2018    Oxunub:1893
Moskvada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü planlaşdırılmır.

AzVision.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.
Peskov vurğulayıb ki, Ermənistan prezidenti Armen Sarkisyan Moskvada səfərdə olmayacaq. Bu səbəbdən, onun İlham Əliyevlə görüşü nəzərdə tutulmayıb.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev iyunun 12-də Rusiyaya işgüzar səfərə gedib. Ölkə başçısı iyunun 14-də “Lujniki” stadionunda keçiriləcək futbol üzrə dünya çempionatının təntənəli açılış mərasimində iştirak edəcək.

Ermənistanın baş naziri Nikol Paşinyan da eyni mərasimə qatılmaq üçün Moskvadadır. Lakin İlham Əliyevin Paşinyanla da görüşü planlaşdırılmır.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər:





Xəbər lenti