Türkiyə PKK-ya qarşı İranla birləşir
Qeyd edək ki, İraqın şimalındakı əməliyyatların başlıca məqsədi Türkiyə sərhədlərinin təhlükəsizliyini təmin etmək, PKK terrorçularının həmin ərazilərdəki sığınacaqlarını dağıtmaq, onların Türkiyə ərazisinə keçmələri, həmçinin silah-sursat ötürmələrinin qarşısını almaqdır. İraqın şimalında anti-terror əməliyyatları aparan Türkiyə Silahlı Qüvvələri artıq İraqın içərisinə doğru 27 kilometrədək irəliləyə bilib. Hərbi əmləiyyatların yekun hədəfi isə İraqın şimalındakı Qəndil şəhərini təmizləməkdir. Çünki PKK teror təşkilatının əsas yuvası Qəndil şəhərinin dağlıq ərazisində yerləşir və terrorçuların bütün koordinasiyaisı buradakı mərkəzdən idarə olunur.
Ankara PKK terrorçularına qarşı hərbi əməliyyatlarda əməkdaşlığa dair ABŞ və İraq hakimiyyətilə, o cümlədən İraqın şimalındakı kürd muxtariyyətinin rəhbərliyi ilə də müzakirələr aparır. Lakin İraqın baş naziri Heydər əl-İbadi bildirib ki, PKK ilə mübarizədə İraqın suverenliyinin pozulmasını qəbul etməyəcəklər.
Leyla Elbrusqızı
AzVision.az
Teqlər: Türkiyə İran İraq PKK Qəndil