Tramp Kim Çen Inın xahişini yerinə yetirdi
AzVision.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
ABŞ-la Cənubi Koreyanın RIMPAC irimiqyaslı hərbi təlimlərinin 20 ölkənin iştirakilə 27 iyun və 2 avqustda keçirilməsi planlaşdırılırdı.
Qeyd edək ki, 12 iyun Sinqapurda keçirilən ABŞ-Şimali Koreya tarixi sammiti yekun sənədin imzalanmasilə başa çatıb. Trampla Kim Çen In sammit çərçivəsində bəyan ediblər ki, bundan sonra ABŞ-la Şimali Koreya arasındakı münasibətlər əvvəlkindən daha fərqli olacaq və sammitin nəticələri tezliklə müsbət nəticələrini verəcək.
Sammitdən sonra mətbuat konfransı keçirən Tramp vurğulayıb ki, artıq Pxenyan dünya üçün nüvə təhlükəsi yaratmır. Əgər Pxenyanla danışıqlar düzgün istiqamət üzrə getsə, ABŞ Cənubi Koreya ilə hərbi təlimləri dayandıracaq.
Leyla Elbrusqızı
AzVision.az