Həmyerlisini qətlə yetirdi

Həmyerlisini qətlə yetirdi
  13 Oktyabr 2013    Oxunub:1062
Əvvəllər məhkum olunmuş Cəlilabad rayon sakini həmyerlisini qətlə yetirdi.
AzVsison.az AzərTAc - a istinadən xəbər verir ki, Cəlilabad rayonunda qətl hadisəsi törədilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, rayonun Göytəpə şəhərinin sakini, əvvəllər məhkum olunmuş Pərviz Bayramov qısqanclıq zəminində həmyerlisi Nizar Duniyevi bıçaqla qətlə yetirib.
P.Bayramov Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.


Teqlər:





Xəbər lenti