Koreya dövlətləri hərbi sahədə əməkdaşlıq edəcək

Koreya dövlətləri hərbi sahədə əməkdaşlıq edəcək
  14 İyun 2018    Oxunub:1253
Şimali və Cənubi Koreya şərq və qərbdəki qaynar xəttlər üzrə hərbi təmasların tam bərpasına dair razılığa gəliblər.
AzVision.az bildirir ki, bu barədə Yonhap agentlyi xəbər verib. Qeyd olunur ki, bu gün 10 ildən sonra ilk dəfə keçirilən Koreyalararası hərbi danışıqlarda hər iki dövlətin müdafiə nazirlikləri təmasların tam bərpa edilməsilə bağlı qərar qəbul ediblər.

Seul və Pxenyan həmçinin, Sarı dənizdə silahlı insidentlərin qarşısının alınması üzrə 2004-cü ildəki sazişin icra edilməsinə dair razılığa gəliblər. Tərəflər Panmuncom məntəqəsi ətrafındakı birgə təhlükəsizlik zonasından hərbçilərin test rejimində çıxarılması barədə fikir mübadiləsi də aparıblar.

Qeyd edək ki, 27 apreldə Cənubi Koreya prezidenti Mun Çje İnlə Şimali Koreya lideri Ki Çen In arasındakı tarixi görüşdə hər iki ölkə arasında hərbi danışıqlar aparılmasına dair prinsipial razılıq ələ olunmuşdu.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Koreya  





Xəbər lenti