Məkkəyə giriş bağlanıb

Məkkəyə giriş bağlanıb
  13 Oktyabr 2013    Oxunub:2695
Kəbə ətrafında zilhiccə ayında gedən tikinti işlərini nə dərəcədə düzdü?
AzVsison.az Ans Press -ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı müqəddəs Məkkə şəhərinə girişi bağlayıb. Həcc ziyarəti üçün ölkəyə gələn zəvvarlar da Kəbə ətrafındadırlar. Gündüz temperaturun 42 dərəcə olmasına baxmayaraq, Allah evi ətrafında niyyət tutan zəvvarlar dayanmadan Kəbənin başına 7 dəfə dolanırlar. Zəvvar axınının coxluğu hökuməti bu sahədə ciddi dəyişiklik etməyə vadar edib.

Tikinti sonda zəvvarların mərtəbəli şəkildə təvaf, yəni Kəbə ətrafında dolanmasına şərait yaradacaq. Bu gün isə tikinti işləri fasiləsiz olaraq 24 saat davam edir. Əvvəllər bu torpağı ziyarət etmişlər bildirirlər ki, tikinti texnikasının səsi həqiqətən də ciddi maneədir”.

Müsəlmanlar üçün müqəddəs olan Həcc ziyarətinin əsas hissəsi yəni, dində Ərəfat günü adlanan tarix yaxınlaşdıqca Kəbə ətrafında təvaf edən insanların da sayı çoxalır. Ziyarətin ilk günü əgər burda bəlkə də rahat dövr etmək mümkün olurdusa, bu günlərdə həqiqətən də mümkünsüzləşir.

Səudiyyə Ərəbistanın acıqlamasına görə, bu il ziyarətə milyondan cox zəvvar gəlib. Kəbəni ilk görən zəvvar mütləq qaydada onun başında saat əqrəbinin əksi istiqamətində 7 dəfə dövrə vurmalıdır. Butun dünyadan gələn zəvvarlar kimi azərbaycanlılar da bunu dönə-dönə edirlər.

Bu il müsəlmanlar üçün kicik də olsa, problem yaranıb. Məkkənin Kəbə hissəsində davam edən inşaat işləri zəvvarların dövretmə sahəsini daraldıb. Səudiyyə Ərəbistanı dövləti zəvvar axınının çoxluğunu nəzərə alaraq əraziyə əlavə konstruksiyalar yerləşdirərək dövretmə sahəsini genişləndirir .

Amma tikintidən faydalananlar da var. Üst qatdakı yeni təvaf sahəsindən fiziki qüsurlu zəvvarların əlil arabasında dövr etməsinə şərait yaradılıb.

Aşagıda İnşaat işləri ilə bağlı daralan sahədə isə tez-tez izdiham yaşanır. Qısa bir zamanda insan axını, hətta digərlərinin ayaqlar altında qalmasına da səbəb olur. Diqqət cəkən məqam isə odur ki, qara daşa toxunmaq istəyən zəvvar hətta digər müsəlmanın ayağı altında qalmasına da göz yumur.

Genişləndirmə işləri ilə əlaqədar bu ilə zəvvar kvotasının 20 faiz azaldılması da izdihamın qarşısını ala bilməyib. İnşaat işləri 2010-cu ildə Məkkənin Şamiyə bölgəsində başlayan işlərin nə vaxt yekunlaşacağı isə hələ bəlli deyil.

Səudiyyə Ərəbistanı dövlətinin Kəbə ətrafında apardığı işlər bununla yekunlaşmır. İndi həm də Beytülhərəmin ətrafında Osmanlı dövründən tikilən surlar sürətlə sökülür. Bu söküntü işləri Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında həm də siyasi problemlərə yol açıb.


Teqlər:





Xəbər lenti