Türkiyədə deputata silahlı hücum: 4 nəfər ölüb

Türkiyədə deputata silahlı hücum: 4 nəfər ölüb
  15 İyun 2018    Oxunub:898
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) deputatı İbrahim Halil Yıldız və onunla birlikdə seçki kampaniyası aparan təşkilat üzvlərinə silahlı hücum edilib.
AzVision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, naməlum şəxslər hücum zamanı odlu silah, bıçaq və dəyənəklərdən istifadə ediblər.

İnsident nəticəsində 4 nəfər ölüb, 9 nəfər yaralanıb. Ölənlər arasında deputatın qardaşı Mehmet Ali Yıldız da var. Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: Türkiyə   AKP  





Xəbər lenti