Heydər Əliyev Fondundan Gürcüstana maşın hədiyyəsi

Heydər Əliyev Fondundan Gürcüstana maşın hədiyyəsi
  16 İyun 2018    Oxunub:1999
Heydər Əliyev Fondu Gürcüstanın Bolnisi rayonuna təcili tibbi yardım avtomobili hədiyyə edib.
AzVision.az xəbər verir ki, Gürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov avtomobili iyunun 15-də rayon rəhbərliyinə təqdim edib.

Azərbaycan-Gürcüstan dostluğundan danışan Fuad Muradov xalqlarımız arasındakı münasibətlərin nümunə olduğunu, heç kimin bu əlaqələrə zərər vura bilməyəcəyini xüsusi qeyd edib.

Rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri hədiyyəyə görə Azərbaycan dövlətinə, Heydər Əliyev Fonduna minnətdarlıq ediblər. Bu hədiyyəni Azərbaycan dövlətinin qayğısı kimi dəyərləndiriblər.

Qeyd edək ki, avtomobil bütün lazımi, müasir texniki avadanlıqla təmin olunub. Avtomobil reanimasiya xidmətlərini də yerinə yetirməyə qadirdir. F.Muradov yerli sakinlərlə də görüşüb, onların qayğıları ilə maraqlanıb.



AzVision.az


Teqlər: Heydər-Əliyev-Fondu   Gürcüstan   Bolnisi  





Xəbər lenti