Keçmiş ANS-çi Səhiyyə Nazirliyinə müraciət etdi

Keçmiş ANS-çi Səhiyyə Nazirliyinə müraciət etdi
  13 Oktyabr 2013    Oxunub:2627
Jurnalist həkimlərin cəzalandırılmasını tələb edir.
ANS-in keçmiş aparıcısı, eləcə də “Səs” internet televiziyasının “Xəbərlər” bölümünün keçmiş baş redaktoru Məhsəti Şərifi mətbuat vasitəsilə Səhiyyə Nazirliyinə müraciət edib. AzVision.az-a bu barədə məlumat verən jurnalist bildirib ki, müraciətində o yaxın qohumuna səhv diaqnoz qoyan həkimlərin cəzalandırılmasını istəyir.

Həmin müraciəti təqdim edirik:

“10 gün əvvəl dayımın qızı Sumqayıtda sezeryanla doğum etdi. Doğumdan sonra qəfildən vəziyyəti pisləşdi. Qan faizi 31-ə düşdü. Həkimlər dedi ki, təcili qan lazımdır. Əməliyyatda çox qan itirib.Qan verilsə də, xəstənin bədəni həmin qanı götürmədi. Təzyiq daha da yüksəyə qalxdı və o komaya düşdü. Sonra savadlı həkimlərimiz dedi ki, mədəaltı vəzində problem var, bir sürü dərman aldırdılar. Amma getdikcə xəstənin vəziyyəti pisləşdi. Bu dəfə də hepatit b diaqnozu qoydular. İki gündə bununla məşğul oldular və bu diaqnoz da yalan çıxdı. Vəziyyət o yerə çatdı ki, artıq dayımqızı ölümcül hala gəldi. Hətta ambulansa da mindirlməyə icazə verilmədi. Səhiyyə Nazirliyinə şikayətdən sonra helikopterlə Respublika Xəstəxanasına gətirildi. Orada məlum oldu ki, qızın iki böyrəyi də işləmir və zəhərlənmə gedir. Bədən də şişib və göyərib. 3 gündür ki, dializ edirlər amma böyrək açılmır. Bu gün yenidən əməliyyat olundu və məlum oldu ki, bizim üzdəniraq həkimlərimiz doğum zaman “sonluq, cift” deyilən şeyi götürməyiblər və qızın içində qalıb, qan zəhərlənib. Hazırda əməliyyat qurtarsa da, hələ də böyrəklər öz fəaliyyətini bərpa etməyib. Ümid edirəm ki, dayım qızı sağalacaq və öz yeni doğulmuş körpəsini qucağına alacaq. İnsallah o həkimlərində cəzası verilər”

Xəstənin ailəsinin çox imkansız olduğunu bildirən M.Şərif qeyd edib ki, xəstəxanada həkimlər ancaq xəstədən pul almaqla məşğuldurlar amma yenə də xəstənin vəziyyəti düzəlmir.



Teqlər:  





Xəbər lenti