İŞİD-in növbəti terroru: 26 ölü, 50 yaralı (Yenilənib)

İŞİD-in növbəti terroru: 26 ölü, 50 yaralı (Yenilənib)
  17 İyun 2018    Oxunub:4331
Əfqanıstanın Nanqarhar vilayətində təhlükəsizlik orqanları əməkdaşlarının "Taliban" qruplaşmasının üzvləri ilə görüşü zamanı törədilən partlayış zamanı ölənlərin sayı 26 nəfərə çatıb.
Məlumata görə, terror aktı zamanı yaralananların sayı 50 nəfəri ötüb. Partlayışı "talibançı"larla Əfqanıstanın təhlükəsizlik qüvvələrinin görüşünə gəlmiş kamikadze törədib.

Hadisəyə görə məsuliyyəti İŞİD üzərinə götürüb.

***
(19:00)

Əfqanıstanın şərqində Ramazan bayramı münasibətilə keçirilən mərasimdə güclü partlayış olub.

AzVision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, partlayış nəticəsində azı 10 “Taliban” üzvü və mülki şəxs həlak olub. İkin məlumata görə, taliblərin maşınlarından birində təsadüfən raket partlayıb.

Xatırladaq ki, Əfqanıstan prezidenti Əşrəf Qani Ramazan bayramı ilə əlaqədar iyunun 11-dən 19-dək ölkədə birtərəfli qaydada atəşkəs elan edib. Sonradan hökumətin ardınca “Taliban” hərəkatı da atəşin üç günlüyə dayandırılması barədə bəyanat verib.

AzVision.az


Teqlər: Əfqanıstan   Partlayış  





Xəbər lenti