Əfqanıstanda ölü sayı 35-ə çatıb

  17 İyun 2018    Oxunub : 459
Əfqanıstanda ölü sayı 35-ə çatıb
Əfqanıstanın Nanqarhar əyalətində kamikadzenin törətdiyi partlayış nəticəsində ölənlərin sayı 35 nəfərə çatıb.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, son məlumatlara əsasən, yaralı sayı 65 nəfərdir.

Bundan əvvəl terror aktı nəticəsində 26 nəfərin öldüyü, 50-dən çox insanın yaralandığı bildirilirdi.

Qeyd edək ki, terror aktına görə məsuliyyəti İŞİD qruplaşması öz üzərinə götürüb.

AzVision.az

Teqlər: Əfqanıstan   Terror