Estoniya prezidenti İlham Əliyevi təbrik etdi

Estoniya prezidenti İlham Əliyevi təbrik etdi
  13 Oktyabr 2013    Oxunub:884
Estoniya Respublikasının Prezidenti Toomas Hendrik İlvesdən president İlham Əliyevə təbrik məktubu gəlib.
Məktubda deyilir:

Zati-aliləri, əziz Prezident!

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbriklərimi və ən səmimi arzularımı Sizə çatdırmaqdan böyük məmnunluq hissi duyuram.

Əminəm ki, ölkələrimiz arasında ikitərəfli yüksək əlaqələrin daha da möhkəmləndirilməsi üçün Sizinlə birgə işləməyi davam etdirəcəyik.

Əziz həmkarım, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,
Toomas Hendrik İlves
Estoniya Respublikasının Prezidenti


Teqlər:





Xəbər lenti