Milli Şuranın MSK-ya müraciəti təmin edilməyib
A.Muxtarova bildirib ki, Seçki Məcəlləsinin müvafiq tələbinə uyğun olaraq araşdırma nəticəsinə müəyyən olunub ki, G.Aslanlı tərəfindən təqdim olunan müraciətdə istinad edilən aktların əslləri deyil, surətləridir.
MSK katibi qeyd edib ki, G.Aslanlı ilə bir neçə dəfə əlaqə saxlanılıb, bildirilib ki, müvafiq araşdırma aparmaq üçün aktların əslləri təqdim edilməlidir. A.Muxtarovanın sözlərinə görə, G.Aslanlı aktların əsllərini təqdim etməyə etiraz edib.
A.Muxtarova bildirib ki, aktların əslləri olmadığına görə, müraciət əsassız olmalıdır, çünki qanuna uyğun olaraq araşdırma aparılması üçün sənədlərin əsli təqdim olunmalıdır: "Sənədlərin əsli olmadığına görə, müraciət əsassız hesab olunundan təmin edilməyib".
Daha sonra Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı tərəfindən təqdim olunan müraciətin əsassız olması barədə təklif səsə qoyulub və MSK üzvləri tərəfindən qəbul olunub.
Cari məsələlərin müzakirəsi zamanı MSK sədri Məzahir Pənahov bildirib ki, seçkidən sonra iki gün ərzində dairə seçki komissiyalarından protokolların hamısı MSK-ya daxil olub. Ümumi protokolların tərtib olunması baxımından göstəricilər artıb: "Demək olar ki, sənədlərin hazırlanmasında, protokolların tərtib edilməsində səhvlər yoxdur. Bu da aşağı seçki komissiya üzvlərinin peşəkarlığının artması ilə bağlıdır.