Türkiyə ordusu Menbiçə yaxınlaşdı

Türkiyə ordusu Menbiçə yaxınlaşdı
  18 İyun 2018    Oxunub:2757
Türkiyəli hərbiçilər Suriyanın Menbiç şəhərinə doğru irəliləyiblər.
NTV telekanalının yaydığı məlumata görə, türkiyəli hərbiçilərin Menbiçin kənar məhəllələrinə girişi ABŞ-la razılaşma çərçivəsində baş tutub.

Türk və ABŞ Hərbi Qüvvələri PKK terror təşkilatının Suriya qolu olan PYD-YPG qruplaşmasını ərazidən çıxartmağa çalışır.

Razılaşmaya əsasən Menbiç terrorçulardan təmizləndikdən sonra əraziyə türk və ABŞ hərbiçiləri nəzarət edəcək.

AzVision.az




Teqlər: Suriya   Türkiyə  





Xəbər lenti