Yataqdan yıxılan aktyor xəstəxanaya yerləşdirildi

Yataqdan yıxılan aktyor xəstəxanaya yerləşdirildi
  18 İyun 2018    Oxunub:2071
"Yeşilçam" ın məşhur aktyoru Murad Soydan xəstəxanaya yerləşdirilib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi yatağından yıxılaraq omba sümüyünü sındırıb.

"Evdə bir qəza keçirdi. Onu təcili xəstəxanaya yerləşdirdik. Başqa xəstəliyinə görə qan durulducu dərmanlar içdiyi üçün hələ əməliyyat olunmayıb. Sabah və ya çərşənbə günü əməliyyat oluna bilər",-deyə aktyorun xanımı Gül Soydan deyib.

Qeyd edək ki, Murad Soydan bir çox filmlərdə Hülya Koçiyit və Türkan Şorayla tərəf-müqabili olub.

AzVision.az


Teqlər: Aktyor  





Xəbər lenti