Muxtar Respublikadan rəsmi seçki məlumatı

Muxtar Respublikadan rəsmi seçki məlumatı
  13 Oktyabr 2013    Oxunub:1031
Prezidenti seçkilərinin ilkin nəticələri ilə bağlı Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının məlumat yayıb.
AzVsison.az virtualaz.org - a istinadən xəbər verir ki, Naxçıvanda 7 seçki dairəsindəki 316 seçki məntəqəsində səsvermə oktyabrın 9-da səhər saat 8:00-da başlanmış və saat 19:00-da başa çatıb.
Məlumatda bildirilir ki, bütün seçki məntəqələrində səsvermə baş tutmuş hesab olunub. Səsvermə başa çatdıqdan sonra müşahidəçilərin də iştirakı təmin olunmaqla Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydada səslər hesablanıb, müvafiq məlumatlar mütəmadi surətdə internet vasitəsilə MSK-nın İnformasiya Mərkəzinə ötürülüb və seçkilərin yekunlarına dair məntəqə və dairə seçki komissiyalarının protokolları tərtib olunaraq 2013-cü il oktyabrın 10-da Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim olunub.
Protokolların nəticələrinə görə, yüksək seçici fəallığı ilə keçən seçkilərdə Muxtar Respublika üzrə səsvermə hüququ olan 266.537 seçicidən 219.786 nəfəri, yəni 82,5 faizi iştirak edib. Seçki prosesi nüfuzlu qurumların müşahidəçiləri tərəfindən də izlənilib. Səsvermə günü seçki hüquqlarının pozuntusu ilə əlaqədar aidiyyəti təşkilatlara heç bir şikayət daxil olmayıb.
İlkin nəticələrə görə, Naxçıvan üzrə seçicilərin 90,3 faizi Yeni Azərbaycan Partiyasının namizədi Əliyev İlham Heydər oğluna səs verib.
Digər namizədlərin Muxtar Respublika üzrə topladıqları səslərin faizləri aşağıdakı kimidir:
Həsənquliyev Qüdrət Müzəffər oğlu – 6,4 faiz
Məmmədov Sərdar Calal oğlu – 0,9 faiz
Quliyev Fərəc İbrahim oğlu – 0,8 faiz
Ağa-zadə İqbal Fehruz oğlu – 0,6 faiz
Oruc Zahid Məhərrəm oğlu – 0,5 faiz
Hacıyev Hafiz Ələmdar oğlu – 0,2 faiz
Həsənli Cəmil Poladxan oğlu – 0,1 faiz
İsmayılov İlyas Abbas oğlu – 0,1 faiz
Əlizadə Araz Məmməd Mübariz oğlu – 0,1 faiz


Teqlər:  





Xəbər lenti