Sabiq nazir casusluğa görə həbs olundu

Sabiq nazir casusluğa görə həbs olundu
  18 İyun 2018    Oxunub:7763
İsrail Knessetinin keçmiş deputatı və keçmiş energetika və infrastruktur naziri Qonen Segev İran kəşfiyyatına casusluq ittihamı ilə həbs edilib.
Bu barədə İsrailin Daxili Təhlükəsizlik Agentliyinin (Şin-Bet) məlumatında bildirilir.

Şin-Betin və polisin araşdırmaları göstərib ki, Q.Segev 2012-ci ildə Nigeriyaya səfəri zamanı İran səfirliyində həmin plkənin xüsusi xidmət orqanları ilə razılaşmaya gedib. O, dünyanın müxtılif ölkələrində otellərdə və mənzillərdə iranlı vasitəçilərlə görüşüb və onlara şifrələnmiş məlumatlar ötürüb. (Virtualaz.org)

AzVision.az


Teqlər: İsrail  



Xəbər lenti