Moskvada qəzaya düşən iki azərbaycanlıdan xəbər var

Moskvada qəzaya düşən iki azərbaycanlıdan xəbər var
  19 İyun 2018    Oxunub:1885
İyunun 16-da Moskvada taksinin piyada yoluna çıxaraq yeddi nəfəri vurması nəticəsində xəsarət alan iki Azərbaycan vətəndaşının vəziyyəti qənaətbəxşdir.
Azərbaycanın Rusiyadakı səfirliyinin mətbuat xidmətindən bildiriblər ki, hadisə haqqında məlumat səfirliyə daxil olan kimi səfir Polad Bülbüloğlunun göstərişinə əsasən soydaşlarımızın yerləşdiyi tibb müəssisəsi ilə əlaqə saxlanılıb.

Tibb müəssisəsindən verilən məlumata görə, xəsarət alanların vəziyyəti qənaətbəxşdir, onlara ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

AzVision.az


Teqlər: Moskva  





Xəbər lenti