MSK protokollardakı məlumatı ümumiləşdirdi

MSK protokollardakı məlumatı ümumiləşdirdi
  13 Oktyabr 2013    Oxunub:862
Mərkəzi Seçki Komissiyası Dairə Seçki Komissiyalarının protokollarındakı məlumatları ümumiləşdirilərək Seçki Məcəlləsində tələb olunan müddətdə rəsmi saytına yerləşdirdi və dərc etdi.
Cədvəldə DSK-ların nömrəsi, dairə üzrə məntəqələrin ümumi sayı, dairə üzrə hesabat vermiş məntəqələrin sayı, seçki məntəqəsi üzrə seçici siyahılarında olan seçicilərin ümumi sayı, seçici siyahısında olan seçicilərin sayı, əlavə seçici siyahısında olan seçicilərin sayı, qeydiyyatdançıxma vəsiqəsi almış seçicilərin sayı, dairə seçki komissiyasından məntəqə seçki komissiyasına verilmiş seçki bülletenlərinin sayı, seçki bülleteni almış seçicilərin sayı, daimi (və ya müvəqqəti) və əlavə seçici siyahılarında olan imzaların sayı, İstifadə edilmədən ləğv olunmuş seçki bülletenlərinin sayı, korlanmış seçki bülletenlərinin sayı, seçki qutularında olan seçki bülletenlərinin sayı (müəyyənləşdirilmiş formada olmayan seçki bülletenləri istisna edilməklə), daşınan və daşınmaz seçki qutusunda etibarsız hesab edilmiş səslərin sayı (namizədlərin soyadlarından sağdakı kvadratlarda heç bir işarə qoyulmamış və ya birdən çox kvadratda işarə qoyulmuş müəyyənləşdirilmiş formada olan seçki bülletenlərinin sayı), etibarlı hesab edilmiş səslərin sayı və bir-bir namizədlərin adı işarələnmiş seçki bülletenlərinin sayı qeyd edilib.

Ümumiləşdirilmiş siyahı ilə bu linkdə tanış ola bilərsiz: https://www.infocenter.gov.az/pdf/PalazDAIRELER.pdf


Teqlər:  





Xəbər lenti