ABŞ maliyyə fəlakəti astanasında

ABŞ maliyyə fəlakəti astanasında
  13 Oktyabr 2013    Oxunub:1140
Dünya Bankı: 5 gündən sonra ABŞ-ını maliyyə fəlakəti gözləyir.
AzVsison.az Reuters agentliyinə istinadən xəbər verir ki, Dünya Bankının rəhbəri Cim Yen Kim xəbərdarlıq edib ki, ABŞ-ı qlobal fəsadlara yol açacaq maliyyə fəlakətindən cəmi bir neçə gün ayırır.

C.Y.Kim bildirib: "Hazırda bizi olduqca təhlükəli məqamdan cəmi 5 gün ayırır. Mən ABŞ siyasətçilərini tez bir zamanda dövlət borcunun yuxarı həddinin qaldırılması ilə bağlı son möhlət bitənədək qərar qəbul etməyə çağırıram. Fəaliyyətsizlik faiz dərəcələrinin artımına, iqtisadi artımın ləngiməsinə gətirib çıxara bilər".
Onun sözlərinə görə, bu baş verərsə, həm inkişaf etməkdə olan, həm də inkişaf etmiş iqtisadiyyatlar fəlakətlə qarşılaşacaq.

Qeyd edək ki, hazırda respublikaçılar və demokratlar ABŞ-ın büdcəsi və dövlət borcunun yuxarı həddi (limit) üzrə razılığa gələ bilmirlər. Belə vəziyyət davam etsə, ABŞ-ı defolt təhlükəsi gözləyir.

Xatırladaq ki, yeni büdcə oktyabrın 1-dək qəbul olunmalı idi.


Teqlər:





Xəbər lenti