Erməni hərbçilər qəzaya düşdü - Yaralılar var

Erməni hərbçilər qəzaya düşdü - Yaralılar var
  19 İyun 2018    Oxunub:9127
Ermənistanın Ararat vilayətində hərbçiləri daşıyan "Ural" markalı nəqliyyat vasitəsi qəzaya uğrayıb.

AzVision.az news.am-a istinadən xəbər verir ki, avtomobilin aşması nəticəsində 5 hərbi qulluqçu yaralanıb.
Ermənistanın Müdafiə Nazirliyi faktı təsdiqləyib. Hərbçilərin qəza zamanı ağır xəsarət aldığı bildirilib. Yaralı hərbçilər hospitala yerləşdirilib.

AzVision.az


Teqlər: Ermənistan   Qəza  





Xəbər lenti