Mafiyaya qarşı xüsusi əməliyyat - 58 nəfər tutuldu

Mafiyaya qarşı xüsusi əməliyyat - 58 nəfər tutuldu
  19 İyun 2018    Oxunub:1618
İtaliyada cinayətkar qruplaşmalara qarşı xüsusi əməliyyat keçirilib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, əməliyyat zamanı narkotik ticarəti, çirkli pulların yuyulması, hədə-qorxu yolu ilə pul tələb etmə və digər cinayətlərdə şübhəli bilinən 58 mafiya üzvü saxlanılıb.

Mafiyaya qarşı xüsusi əməliyyat paytaxt Roma, Sardiniya, Molize və Pyemont vilayətlərində keçirilib.

AzVision.az


Teqlər: İtaliya   Mafiya   Əməliyyat  





Xəbər lenti