Türkmənistanda çoxarvadlılıq qadağan edildi

Türkmənistanda çoxarvadlılıq qadağan edildi
  19 İyun 2018    Oxunub:2465
Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov “Ailə məcəlləsi”nə əlavə və dəyişikliklərlə bağlı qanunu imzalayıb.
AzVision.az xəbər verir ki, dəyişikliyə əsasən, ölkədə çoxarvadlılıq rəsmən qadağan edilib.

“Çoxarvadlılıq dedikdə iki və ya bir neçə qadınla eyni zamanda bir yerdə ümumi təsərrüfat yaratmaq nəzərdə tutulur”, - deyə dəyişiklikdə qeyd olunub.

Yeni qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minəcək. Qanunu pozanlar iki ilədək azadlıqdan məhrum ediləcək.

AzVision.az


Teqlər: Türkmənistan   Qanun  





Xəbər lenti