Erməni nazir Brüsseldə Qarabağı müzakirə edib

Erməni nazir Brüsseldə Qarabağı müzakirə edib
  20 İyun 2018    Oxunub:1406
Brüsseldə səfərdə olan Ermənistanın xarici işlər naziri Zoqrab Mnatsakanyan Avropa İttifaqının qonşuluq siyasəti və genişlənmə məsələləri üzrə komissarı Yohannes Hanla görüşüb.
AzVision.az “News.am”-a istinadən xəbər verir ki, görüşdə “Şərq Tərəfdaşlığı” çərçivəsində qurumla Ermənistan arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Eyni zamanda proqrama üzv olan ölkələrin xarici işlər nazirlərinin iyunun 22-də Minskdə keçiriləcək toplantısı müzakirə olunub.

Tərəflər, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini də müzakirə ediblər. Qeyd olunub ki, münaqişənin həllinə dair aparılan danışıqlar prosesinin irəliləməsi üçün əlverişli şəraitin yaradılması vacibdir.

Erməni nazir Avropa İttifaqına ATƏT-in Minsk Qrupunun səylərinə kömək etdiyi üçün minnətdarlığını bildirib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Ermənistan    





Xəbər lenti