3,5 milyon suriyalı Türkiyəyə sığınıb

3,5 milyon suriyalı Türkiyəyə sığınıb
  20 İyun 2018    Oxunub:1857
"BMT-nin rəsmi məlumatına görə, bu gün dünyada 65 milyon qaçqın var. Bunu dostumuz Azərbaycan xalqı yaxşı bilir. Erməni işğalından sonra milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün düşüb"
AzVision.az xəbər verir ki, bunu Türkiyənin Baş Ombudsmanı Şeref Malkoç Bakıda keçirilən Ombudsmanların XV Bakı Beynəlxalq Konfransında deyib. O bildirib ki, bütün müharibələr və işğallar kimi Qarabağın işğalı da sona çatacaq və məcburi köçkünlər öz yurdlarına qayıdacaqlar.

"Asiya və Afrikadan milyonlarla insan qaçqın düşüb. Avropa Birliyi ölkələri Suriya, İraq və ya Afrikadan gələn insanların qarşısını almaq üçün divarlar çəkir. Suriyadan 13 milyon insan qaçqın düşüb. Onun 5 milyon yarımı qonşu ölkələrə, o cümlədən Türkiyəyə gəlib. Hazırda Türkiyədə 3,5 milyon suriyalı qaçqın var. Bunun yüzdə səkkisi düşərgələrdədir, qalanı isə Türkiyənin müxtəlif bölgələrində yaşayır. 31 milyon 450 suriyalı xəstəxanalarda pulsuz müayinə olunub. Eyni zamanda 1 milyon 250 min suriyalı əməliyyat olunub".

Ş. Malkoç bildirib ki, Türkiyədə son dövr ərzində 276 min suriyalı uşaq doğulub: "Həmçinin Türkiyədən Avropa ölkələrinə keçmək üçün Ege dənizindən istifadə edən və boğulmaq təhlükəsində olan 180 min suriyalı Türkiyə Silahlı Qüvvələri tərəfindən xilas olub. Türk məktəblərində 700 min suriyalı uşaq oxuyur. Uşaqların təhsili üçün 30 milyard dollar civarında vəsait xərclənib. Həmçinin 100 minlərlə suriyalı həm kiçik sahibkarlığa başlayıb, həm də müxtəlif işlərdə işləyir".

Aytən Zəhra
AzVision.az


Teqlər: Türkiyə   Ombudsman   Suriya   Qaçqın  





Xəbər lenti