65 min şagird buraxılış imtahanı verir
IX sinif şagirdləri üçün imtahan saat 10:00-da, XI sinif şagirdləri üçün isə saat 15:00-da başlanır.
Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- “İmtahana buraxılış vərəqəsi”;
- şəxsiyyəti təsdiq edən sənədin əslini:
a)Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b)əcnəbilər şəxsi pasportları və icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
-Şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
IX sinif şagirdlərinin buraxılış imtahanlarının keçirilməsi üçün ümumilikdə 80 imtahan binası ayrılıb.
AzVision.az