Gəmi faciəsi: 192 nəfər itkin düşüb

Gəmi faciəsi: 192 nəfər itkin düşüb
  21 İyun 2018    Oxunub:1286
İndoneziyanın Sumatra adasındakı Toba gölündə gəminin qəzaya uğraması nəticəsində itkin düşənlərin sayı 192-yə çatıb.
"Anadolu" agentliyinin məlumatına görə, ölkənin Milli Axtarış və Xilasetmə İdarəsinin (BASARNAS) rəhbəri Muhammed Syauqi gəminin çevrilməsi nəticəsində itkin düşənlərdən 18 nəfərin xilas edildiyini, 4 nəfərin isə həlak olduğunu açıqlayıb. “KM Sinar Bangun” adlı 43 sərnişin tutumuna malik gəmidə 45 xilasedici jiletin olduğu bildirilib. Ərazidə axtarış-xilasetmə işləri davam etdirilir.

İndoneziya Nəqliyyat Nazirliyi 400 nəfərlik heyətin cəlb olunduğu xilasetmə işlərinin ilk mərhələdə əlavə 7 gün davam etdiriləcəyini açıqlayıb.

Qəzanın baş vermə səbəbi kimi əlverişsiz hava şəraiti və gəmiyə həddindən artıq sərnişinin minməsi göstərilib.

AzVision.az


Teqlər: Gəmi   Qəza  





Xəbər lenti