Avropa İttifaqından ABŞ əleyhinə növbəti qərar

Avropa İttifaqından ABŞ əleyhinə növbəti qərar
  21 İyun 2018    Oxunub:1726
Avropa İttifaqı Komissiyası ikitərəfli ticarətdə ABŞ-a qarşı cavab tədbirlərini ehtiva edən qərar qəbul edib. Tətbiq ediləcək ticari məhdudiyyətlər 22 iyundan qüvvəyə minəcək.

AzVision.az xəbər verir ki, bu barədə Avrokomissiyanın bəyanatında deyilir.
ABŞ-a qarşı ticarət məhdudiyətlərinə Avropa İttifaqına (Aİ) ixrac olunan ümumilikdə 2,9 milyard avroluq məhsullar daxil edilib. Əlavə gömrük rüsümları tətbiq ediləcək məhsullar sırasında metallurgiya sahəsilə yanaşı, kənd təsərrüfatı malları da var.

Bilidirilib ki, ABŞ-a qarşı bu cür əks tədbirlər Ümumdünya Ticarət Təşkilatının normalarına tam uyğundur. Növbəti 3 il ərzində Aİ-nın ABŞ-la daha 3,6 milyard avroluq ticarəti yenidən balanslaşdıracağı qeyd olunub.

Avrokomissiyanın bəyanatında, həmçinin vurğulanıb ki, əgər Vaşinqton ticarət tariflərindən imtina edərsə, Aİ da məhdudlaşdırıcı tədbirləri ləğv edə bilər.

Qeyd edək ki, ABŞ administrasiyası iyunun 1-dən etibarən Avropa İttifaqı ölkələri, Kanada və Meksikadan idxal edilən polad və alüminium məhsullarına müvafiq olaraq 25 və 10 faizlik gömrük rüsumu tətbiq etməyə başlayıb. Avropa İttifaqından başqa, Kanada da iyulun 1-dən etibarən ABŞ-dan idxal olunan bir sıra məhsullara əks-tariflər tətbiq etmək barədə qərar qəbul edib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   Avropaİttifaqı   ticarəttarifi  





Xəbər lenti