Sarkisyanın adamlarına qarşı əməliyyat keçirilib - FOTO

Sarkisyanın adamlarına qarşı əməliyyat keçirilib - FOTO
  21 İyun 2018    Oxunub:1528
Ermənistan İstintaq Komitəsi “Yans” restoranlar şəbəkəsində əmliyyat-axtarış tədbirləri həyata keçirib.

AzVision.az erməni mediasına istinadən xəbər verir ki, “Selena” şirkətinə məxsus restoranlar kompleksində külli miqdarda maliyyə fırıldaqçılığı və mənimsəmə faktları aşkarlanıb.
İstintaq Komitəsinin mətbuat xidməti bildirib ki, kompleksin mühasibi 2012-ci ilin oktyabrından 2017-ci ilin mayınadək sifarişlər və maliyyə vəsaitlərilə bağlı məlumatları saxtalaşdıraraq fərdi şəkildə, yaxud da menecerin köməyilə 25 milyon dram pul mənimsəyib.



Açılan cinayət işi çərçivəsində həmçinin, “Selena” şirkətinin direktoru S.Karapetyanın və şirkətin faktiki sahibi R.Beqlaryanın evlərində də axtarış həyata keçirilib. Nəticədə 2 ədəd odlu silah və 1 milyon dollardan çox pul aşkarlanıb.

Qeyd edək ki, “Yans” restoranlar kompleksi Vaçaqan Kazaryana məxsusdur. Kazaryan Ermənistanın sabiq prezidenti, etiraz aksiyaları nəticəsində istefa verən baş nazir Serj Sarkisyanın təhlükəsizlik xidmətinin rəisi olub.



Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ermənistan   Sarkisyan  





Xəbər lenti