Avropada Sorosa qarşı qanun qəbul edildi

Avropada Sorosa qarşı qanun qəbul edildi
  21 İyun 2018    Oxunub:2321
Macarıstan parlamenti “Stop Soros” adlı bir sıra qanun layihələrini təsdiqləyib.

AzVision.az xarici KİV-nə istinadən xəbər verir ki, həmin qanun layihələri ilə amerikalı milyarder, “rəngli inqilab”ların sponsoru Cors Soros tərəfindən maliyyələşdirilən qeyri-hökumət təşkilatlarına qarşı məhdudiyyətlər tətbiq ediləcək və Macarıstandakı qanunsuz miqrantlara kömək göstərənlər cinayət məsuliyyətinə cəlb olunacaqlar.
Macar deputatlar həmçinin, əcnəbilərin ölkəyə daimi əsasla köçürülməsinin qanunsuz elan edilməsilə bağlı konstitusiya dəyişikliyini qəbul ediblər.

Macarıstanın baş naziri, qatı anti-miqrant mövqeli Viktor Orban amerikalı milyarder Corc Sorosu dəfələrlə tənqid edərək bildirib ki, Sorosun maliyyələşdirdiyi QHT-lər Macarıstanda keçirilən seçkilərə və seçkiqabağı təşviqat kampaniyasına müdaxilələr ediblər, ölkədə miqrantları dəstəkləyən siyasətin təbliğatını aparıblar.



Qeyd edək ki, amerikalı milyarder Corc Sorosun başqa dövlətlərin işinə müdaxilə edən bu cür pozucu fəaliyyətinə qarşı Şərqi Avropa ölkələri ciddi mübarizə apararaq, Soros fonduna bağlı QHT-lərin ölkədəki fəaliyyətlərinə qadağa qoyublar. İsrail də Sorosun “Açıq Cəmiyyət” fondu ilə əlaqəsi olan təşkilatları ölkədən qovub. Sorosun fəaliyyəti artıq ABŞ-ın özündə də ciddi narazılıq doğurmaya başlayıb.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Macarıstan   Avropa   Soros   ABŞ   rəngliinqilab  





Xəbər lenti