Hyustonda Azərbaycanın Müstəqillik Günü qeyd edildi

Hyustonda Azərbaycanın Müstəqillik Günü qeyd edildi
  13 Oktyabr 2013    Oxunub:1705
AzVsison.az AzərTAc - a istinadən xəbər verir ki, həmvətənlərimiz Hyustonda Azərbaycanın Müstəqillik Gününü qeyd edib.
Hyustonun Azərbaycan icmasının nümayəndələri ənənəyə uyğun olaraq, Müstəqillik Gününü bayram etmək üçün şəhər parkına toplaşıb.
Tədbir Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyası və Hyustondakı Azərbaycan Mərkəzi tərəfindən təşkil edilib. Bayram şənliklərində Azərbaycan mənşəli amerikalıların gənc nəslinin nümayəndələri də iştirak edib. Belə tədbirlər onların milli ruhda tərbiyə olunmasında xüsusi rol oynayır.


Teqlər:





Xəbər lenti