Mogerini erməni nazirlə görüşdə Qarabağı unutmadı

Mogerini erməni nazirlə görüşdə Qarabağı unutmadı
  21 İyun 2018    Oxunub:1722
Brüsseldə Ermənistan-Avropa ittifaqı Tərəfdaşlıq Şurasının ilk iclası çərçivəsində İttifaqın xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini ilə Ermənistan xarici işlər naziri Zohrab Mnaçakanyanın görüşü keçirilib.
AzVision.az xəbər verir ki, İrəvanın Brüssellə imzaladığı Hərtərəfli və daha geniş əməkdaşlıq haqqında sazişin ali strukturu olan Tərəfdaşlıq Şurasının iclasında Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramı üzrə Ermənistanla ikitərəfli əməkdaşlığı müzakirə olunub.

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı bəyanatda bildirilir ki, görüşdə Mogerini və Mnaçakanyan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsləsinə də toxunublar.

“Avropa İttifaqı ATƏT-i Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə istiqamətlənmiş səylərinə dəstək çıxdığını təsdiq etdi” – deyə bəyanatda qeyd olunub.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ermənistan   Avropaİttifaqı   DağlıqQarabağ  





Xəbər lenti