Suriyada münaqişə tərəfləri ABŞ və Rusiyadır - BMT

Suriyada münaqişə tərəfləri ABŞ və Rusiyadır - BMT
  21 İyun 2018    Oxunub:2301
ABŞ-la Rusiyanın Suriya üzrə maraqları üst-üstə düşür, çünki hər ikisi sabit Suriya istəyirlər.
AzVision.az xəbər verir ki, bu barədə BMT baş katibi Antonio Quterreş “Valday” beynəlxalq diskussiya klubundakı çıxışında deyib. Lakin BMT baş katibinə görə, hazırda Suriyada qarşı cəbhələrdə duran ölkələr də elə ABŞ və Rusiyadır.

“Mən tam əminəm ki, Suriya, yaxud bütövlükdə Yaxın Şərq üzrə ABŞ və Rusiya arasında strateji baxımdan fundamental ziddiyyət yoxdur. Rusiya vahid Suriyanın formalaşdırılmasına ümid edir. Rusiya Suriyada konkret əsaslara malikdir və bu, tarixə dayanan məsələdir. ABŞ-ın Suriyanın sabitliyində marağı var. Hesab edirəm ki, əslində hər iki ölkənin bu məsələdə maraqları üt-üstə düşür. Amma təəssüf ki, lap əvvəldən hər şey elə istiqamət aldı ki, ABŞ və Rusiya birdən baxıb gördülər ki, onlar birbaşa olmasa da, Suriya münaqişəsinin tərəflərinə çevriliblər.” – deyə Quterreş bildirib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Suriya   ABŞ   Rusiya  





Xəbər lenti