ABŞ Türkiyəyə iki ədəd “F-35” verdi

ABŞ Türkiyəyə iki ədəd “F-35” verdi
  22 İyun 2018    Oxunub:1466
Bu gün ABŞ-ın Texas ştatında Amerika istehsalı olan 2 ədəd beşinci nəsil “F-35” tipli çoxfunksiyalı qırıcı təyyarə Türkiyə nümayəndə heyətində təhvil verilib.
Fort Uert şəhərində təşkil olunmuş təntənəli mərasimdə istehsalçı “Lockheed Martin” şirkətinin nümayəndələri və yüksək rütbəli türkiyəli hərbçilər iştirak edib.

Məlumata görə, təyyarələr daha sonra türk pilotlarının təlim keçəcəyi ABŞ Hərbi-Hava Qüvvələrinin Arizona ştatındakı “Lyuk” aviabazasına göndəriləcək. Proqrama əsasən, ABŞ Türkiyəyə 100-dən çox “F-35” təyyarəsi tədarük edəcək.

AzVision.az


Teqlər: ABŞ   Türkiyə  





Xəbər lenti