Türkiyənin “turizm cənnəti” - Alanyadan REPORTAJ (FOTOLAR)

Türkiyənin “turizm cənnəti” -  Alanyadan REPORTAJ (FOTOLAR)
  22 İyun 2018    Oxunub:42011
Türkiyənin Alanya bölgəsi tarixlə müasirliyin birləşdiyi yerdir. Antalyanın vilayəti olan Alanya turizm bölgəsi kimi dünyada məşhurdur. Ağ dənizin sahilində yerləşən bu bölgəyə hər il 4 milyona yaxın turist gəlir. Nəticədə bölgə turizm mövsümündə 4 milyard dollar gəlir əldə edir.
Dünyanın müxtəlif yerlərindən gələn turistlər Alanyada həm də özlərinə mülk alırlar. "Turizm cənnəti"ndə ev sahibi olanlar arasında azərbaycanlılar da var. Belə ki, ötən il 47 azərbaycanlı burada özünə mülk alıb. Ümumilikdə isə Alanya şəhərində 190 azərbaycanlının evi var. Eyni zamanda Alanyada 27 azərbaycanlı ortaq şirkətə sahibidir.



Alanyada il ərzində havanın temperaturunun isti olması əcnəbilərin bura maraq göstərməsinə səbəb olur. Məlumata görə, 40 min xarici vətəndaş Alanyada şəxsi mənzilə sahiblənib. Burada evlərin qiyməti yerləşmə yerinə görə fərqlənir. Mənzillərin satış qiyməti 30 min avro ilə 1 milyon avro arasında dəyişir.



Alanyada turistlərin dincləməsi üçün hər cür şərait yaradılıb. Həmçinin tarixi yerləri görmək istəyənlər Qızıl qüllə və onun ətrafında olan ərazilərlə tanış ola bilərlər. Həmin yerə qalxmaq üçün ötən il kanat quraşdırılıb. 7 ayda kanatdan 300 min sərnişin istifadə edib. Qiyməti isə 1 lirədir.































Anar Kəlbiyev
AzVision.az


Teqlər: Alanya   Türkiyə   Turizm  





Xəbər lenti