Məmmədyarov erməni həmkarı ilə söhbət etdi - FOTO

  22 İyun 2018    Oxunub : 800
Məmmədyarov erməni həmkarı ilə söhbət etdi - FOTO
Ermənistanın yeni xarici işlər naziri Zohrab Mnaçakanyanın Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla ilk qeyri-formal görüşü baş tutub.

AzVision.az-ın məlumatına görə, Belarusun paytaxtı Minskdə Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramına üzv dövlətlərin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü keçirilir.
Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan "Tvitter" hesabında tədbirdən foto paylaşıb. Şəkildə Mnaçakanyanın həmkarları ilə, o cümlədən Məmmədyarovla ünsiyyət qurması görüntülənib. Bu, Mnaçakanyanın Azərbaycanlı həmkarilə ilk qeyri-formal görüşüdür.



Leyla Elbrusqızı
AzVision.az

Teqlər: XİN   Məmmədyarov